Tərəfdaş olmaq istəyərsiniz?

Məsul şəxs
Şirkət

Əlavə məlumat üçün

(+99450) 713 81 81

Whatsapp əlaqə
29 il

Ən yaxşı avtomobil dilleri

Şirkət Profili

1996-cı ildə Almaniyanın Volkswagen və Mercedes Benz markalı avtomobillərinin ehtiyat hissələrini Azərbaycan Respublikasına idxal etmək məqsədi ilə yaradılan Araz Motors Şirkəti, daim özünü yeniləmək və inkişaf etdirməklə, sərnişin qrupu və ağır nəqliyyat vasitələrinə aid ehtiyat hissələri sektorunda uğur qazanaraq qabaqcıl şirkətə çevrilmişdir. Qarşılıqlı etimadı gücləndirən prinsipləri pozmadan 30 ildir inamla fəaliyyət göstərən şirkətimiz:


Sərnişin Qrupunda
 

VOLKSWAGEN, MERCEDES BENZ, BMW, AUDI, SEAT, SKODA, PORSCHE, OPEL, LAND ROVER, YAPON və KOREYA qrupu avtomobillər üçün orijinal və avto market ehtiyat hissələri tədarük edir və onları ölkə daxilində satışa çıxarır.


Araz Motors Şirkəti Bakı və Gəncə şəhərlərində ümumi sahəsi 7000 m2 olan iri həcmli 2 anbar ərazisinə malikdir. Şirkət orijinal ehtiyat hissələri və yanacaq sürtkü materiallarının ölkə ərazilərinə paylanılmasını həmin məntəqələrdən həyata keçirir. Keyfiyyətli və etibarlı xidmətin həyata keçirilməsi şirkətin balansında olan 20 avtomobil texnikası vasitəsi ilə 100 nəfərlik əməkdaş tərəfindən icra olunur.


Sektordakı liderliyini qoruyan Araz Motors müştərilərinə fərqli alternativlər təqdim etmək məqsədi ilə "ToParts" markası adı altında ehtiyat hissələri istehsalına başlamış və məhsul çeşidini gündən-günə artıraraq bu sahədə önəmli bir marka halına gətirmişdir.


Disturübütorluğa sahib olduğumuz əsas brendlər: ToParts, Febi, Swag, Blueprint, ZF Trading (Sachs, Lemförder, Boge, ZF), TENNECO (Nural, Goetze, Glyco), 4U, Hengst, Textar, Gates, Elring, Schaeffler (Luk, Fag, Ina), AYD, Aplus, Acar, Alt, As-Pl, Bga, Bremi, Comline, Corteco, Denso, Ebi, Eurol, Fangtain, Gsp, G-Autoparts, Hongze, Kolbenschmidt, Pierburg, Miles, Mahle, Motorad, Ngk, Nissens, Osram, Neolux, Remsa, Roadhouse, Sangsin, Skt, Vıctor Reınz, Wix.

 

Ağır Maşınlar Qrupunda

MERCEDES BENZ, DAF, MAN, VOLVO, IVECO, SCANIA, RENAULT
 

Bizim missiyamız
 

Sizə - dəyərli kommersiya tərəfdaşlarımıza, keyfiyyətli xidmət anlayışı, prinsipial və vicdanlı korporativ kimliyimiz ilə ən yaxşısını təqdim etmək.  

Qısamüddətli kommersiya maraqlarıın yerinə uzunmüddətli qarşılıqlı əməkdaşlığı və məmnunluğu hədəf alaraq bütün işçilərimizi bu istiqamətdə həvəsləndirmək;


İnkişaf etməkdə olan bazar şəraitində özünü ən gözəl şəkildə yenidən nəzərdən keçirmək və sektorda yenilikçi olmaq missiyasını daim nəzərə alaraq bu çərçivədə genişləndirmələr etmək.
 

Vizyonumuz
 

Müştəri məmnuniyyətini əsas hədəf olaraq qəbul edərək, peşəkar kommersiya etika dəyərlərinə sadiq qalaraq, ən sərfəli qiymətlərlə, ən keyfiyyətli məhsullarla, ən geniş çeşid və ən sürətli xidmət anlayışı ilə haqlı nüfuzumuzu və liderliyimizi daha da inkişaf etdirmək.